YOLLARIN VƏ MEYDANÇALARIN TİKİNTİSİ
“SMT İnşaat” şirkəti, yol tikintisi sahəsində 2012-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində şirkətdə bacarıqlı yol tikintisi ustaları və mühəndisləri yığılmış, maddi-texniki baza yaradılmışdır. Fəaliyyəti dövründə şirkət çınqıl və asfalt əsaslı yolların, beton meydançaların tikintisi üzrə bir sıra iri sifarişlər yerinə yetirmişdir. Şirkətin nəzdində olan 80-a yaxın yol tikinti texnikası intensiv iş aparmağa imkan verir.
Layihələndirmə və tikinti işlərinin professional şəkildə aparılması üçün aşağıdakı işlər aparılır:
- Topoqrafiya və mühəndis-geodeziya işləri
- Qum, çınqıl, qırma daş əsaslı yol yatağının tikintisi
- Yol drenaj işləri
- Yol və çay keçidlərinin tikintisi
- Asfalt yolların tikintisi
- Beton yolların tikintisi
- Beton meydançaların və beton fundamentlərin tikintisi
- Yol işıqlandırma işləri
- Hasarlama işləri
SƏNAYE OBYEKTLƏRİNİN TİKİNTİSİ
“SMT İnşaat” Şirkəti sənaye obyektlərinin tikintisində geniş təcrübəyə malikdir. Şirkət zavod və fabrik binalarının, anbar və saxlama meydançalarının tikintisi üzrə bütün mərhələlərini – təchizat, tikinti və quraşdırma proseslərinin idarə olunmasını öz üzərinə götürərək Baş podratçı qismində çıxış etmək iqtidarına malikdir. Şirkətin güclü kadr potensialı və maddi-texniki bazası mürəkkəb regional və dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə imkan yaradır.
Biz öz sifarişçilərimizə təklif edirik:
- Sənaye obyektlərinin tikintisi
- İstehsal sahələrinin planlaşdırılması və arxitektur həlli
- Texnoloji avadanlıqların, avtomatik xətlərin, konveyer və elevatorların quraşdırılması
- Mühəndis-kommunikasiya xətlərinin çəkilməsi (su, qaz, elektrik, kanalizasiya, isitmə və ventilyasiya)
- Sənaye obyektlərinin dəmir-beton əsaslarının qoyulması və dəmir-beton qurğuların tikintisi
- Ağır sənaye tipli metal konstruksiyaların hazırlanması
- Müxtəlif təyinatlı sənaye obyektlərinin açar təhvili
YAŞAYIŞ VƏ MÜLKİ OBYEKTLƏRİN TİKİNTİSİ
Şirkətə 2014-ci ildə Azərbaycan Respublikasının FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 074266 saylı lisenziya verilmişdir. Lisenziyanı əldə edərək Milli standartlara uyğun olaraq birinci və ikinci məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin həyata keçirilməsinə icazə almışdır.
Hal-hazırda şirkət bir çox layihələri uğurla başa çatdırmışdır və yeni layihələri icra etməkdədir:
- Yüksək mərtəbəli binaların tikintisi
- Villaların tikintisi
- İdman meydançalarının və İdman komplekslərinin tikintisi
- İctimai obyektlərin tikintisi
- Otel komplekslərinin tikintisi və sair.
