«SMT İnşaat» MMC-nin
KEYFİYYƏT, ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ ƏMƏYİN TƏHLÜKƏSİZLİYİ MƏSƏLƏLƏRİ SAHƏSİNDƏ RƏHBƏR TUTDUĞU
SİYASƏT

Missiyamız

Şirkət inşaat sahəsində olan fəaliyyətini inkişafa hədəfləyərək, həyata keçirdiyi işlərin keyfiyyətinə və müştərilərin etimadını davamlı olaraq qazanıb qorunmasına, ölkə daxilində həm də öklə kənarında tikinti bazarında rəqabət üstünlüyü əldə edilməsinə və özünü dəyərli tərəfdaş olaraq təsdiq edilməsinə yönəldir. Işlərimizdə rəhbər tutduğumuz başlıca məqam istehlakçılarımızın tələblərinin ödənilməsi öhdəliyinə bağlı qalmaq, eləcə də Azərbaycan Respublikasının qanunlarına və beynəlxaq normalara əməl etməkdir.

Gələcəyə Baxış

Keyfiyyət, ekologiya və əməyin təhlükəsizliyinə dair yüksək göstəricilərin təmin olunmasına yönəlik vahid inteqrə edilmiş idarəetmə sistemindən istifadə yolu ilə şirkətimiz istəyir ki:

  • ekoloji məsələləri nəzarətdə saxlamaqla bunların ətraf mühitin çirklənməsinin qarşısının alınmasına təsiri ilə bağlı riskləri minimuma endirsin;
  • əməkdaşlarımız və subpodratçılarımızın iş yerlərində sağlamlığının qorunmasını təmin etmək üçün peşə sağlamlığı və təhlükəsizliklə bağlı riskləri daim nəzarətdə saxlasın.

Vəzifələr

Vahid idarəetmə sisteminin davamlı inkişafı və səmərəliliyinin artırılmasına aşağıdakı tədbirləri həyata keçirməklə nail olmaq:

  • keyfiyyət, ətraf mühit və texniki təhlükəsizlik sahəsində operativ məqsədlərin müəyyənləşməsi və təhlili;
  • proseslərin təhlili və onlara nəzarət üçün lazımi resurslarla təmin edilməsi;
  • işçilərin həm ixtisaslaşdırılmış peşələr, həm də keyfiyyət, ətraf mühit və əməyin təhlükəsizliyi məsələləri üzrə daim maarifləndirilməsi;
  • istehlakçıların tələblərinə uyğun olaraq işlərin yerinə yetirilməsinə peşəkar əməkdaşların cəlb edilməsi və yalnız yüksək ixtisaslı əməkdən istifadə olunması;
  • müştərilər və digər maraqlı tərəflərdən (təchizatçılar, subpodratçılar, dövlət orqanları və s.) alınan və tələbləri, şikayətləri də ehtiva edən məlumatların təhlili;
  • rəhbərlik tərəfindən təhlillərin aparılması, daxili və xarici auditorların təhlil edilməsi, təshihedici/profilaktik tədbirlərin yerinə yetirilməsi;
  • davamlı uğurların qazanılması naminə və maraqlı tərəflərə hörmət prinsipinə riayət etməklə etika kodeksinə uyğun biznesin qurulması;
  • müəssisənin fəaliyyət göstəricilərinin sistematik və daimi yaxşılaşdırılması üçün hər şeyə hər zaman əvvəlcədən düzgün, effektiv olaraq və minimal xərclərlə əməl edilməsi;
  • bədbəxt hadisələr və işçilərin peşə xəstəlikləri ilə əlaqədar risklərin hərtərəfli qiymətləndirilməsi və bunların minimuma endirməsi naminə profilaktik tədbirlərin həyata keçirilməsi;
  • yanacaq, elektrik, su və istehlak edilən digər ehtiyatlardan istifadənin azaldılması, texniki və təşkilati tədbirlər vasitəsilə ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün tullantılara nəzarət edilməsi;
  • keyfiyyət, ətraf mühit, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri, eləcə də şirkətin davamlı inkişafına yönəldilmiş proqramların hazırlanması üzrə standartların tətbiq edilməsində təchizatçıların və subpodratçıların təşviqləndirilməsi.
Top