ŞİRKƏTİN HÜQUQİ STATUSU: Məhdud Məsuliyyətli Cəmiyyət
HÜQUQİ ŞƏXS KİMİ YARANMA TARİXİ: 09 fevral 2012-ci il
VERGİ ÖDƏYİCİSİ DÖVLƏT QEYDİYYAT NÖMRƏSİ (VÖEN): 1302779621
ƏMƏKDAŞLARIN ÜMUMİ SAYI: 70-200 arasında dəyişir

“SMT Inşaat” MMC-nin kollektivi vahid layihə komandası olaraq fəaliyyət göstərir və ölkə daxilində müxtəlif layihələr həyata keçirməkdədir. İcra olunan layihələr müxtəlifliyi baxımından çoxçeşidlidir: mülki tikinti obyektləri; mürəkkəb mühəndis qurğuları; sənaye obyektləri ilə əlaqədar tikinti və tikinti-quraşdırma, yenidənqurma, bərpa, layihələndirmə və s. işlər. Hazırda layihələrin keyfiyyətlə, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi prinsiplərinə riayətlə icra edilməsi şirkətdə İSO 9001:2008, İSO 14001:2004, OHSAS 18001:2007 beynəlxalq standartların tələblərinə əsasən qurulmuş idarəetmə sisteminin tətbiqi və peşəkar kadrların cəlb edilməsilə həyata keçirilir. Tikinti və tikinti-quraşdırma işləri ilə əlaqədar həyata keçirilən çoxsaylı layihələrin keyfiyyətinə sifarişçilərimiz tərəfindən verilən yüksək qiymət şirkətin davamlı inkişafını və uğurlu fəaliyyətini təmin etmiş, onu ölkəmizin tikinti bazarında dəyərli tərəfdaş olaraq tanıtmışdır. Şirkət tikinti bazarında özünün rəqabət qabiliyyətinin yüksəldilməsinə daima diqqət yetirir və sifarişçilərinə müasir tələblərə cavab verən, öz keyfiyyət göstəricilərinə görə dünyanın qabaqcıl şirkətlərin yeni texnologiyalarla hazırlanmış mal və materialların istifadə edilməsinə üstünlük verir.

Şirkətin 2012-ci ildən etibarən həyata keçirdiyi layihələr başlıca olaraq EcoProdukt şirkətinin tərəvəzlərin saxlanılması üçün 120 tonluq soyuducu tikintisi ilə bağlı ərazidə müxtəlif istiqamətli işlərin icrası ilə əlaqədar olmuşdur. Bunlara soyuducu kompleksi ərazisində torpaq, beton və beton-armatur işlərinin aparılması, dəmir konstruksiyaların quraşdırılması, dərin buzlama sexinin avadanlıqların quraşdırılması, yükboşaltma stansiyasının tikinti işləri daxildir. Sadalanan işlərlə bağlı müvafiq qaydada layihələrin adaptasiyası, müəllif nəzarəti, keyfiyyətin yoxlanılması, işlərin və xidmətlərin icra edilməsi, layihələrin Azərbaycan Respublikası tikinti normalarına uyğunlaşdırılması və sair tədbirlər həyata keçirilmişdir.

“SMT İnşaat” MMC hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabelliyində olan “MİDA” MMC-nin sifarişi ilə social evlərin tikintisi layihəsi çərçivəsində tenderdə qalib qələrək 9 və 12 mərtəbəli yaşayış binaların inşasını həyata keçirir. Eyni zamanda Azərbaycan Dövlət İmtahan Mərkəzinin inzibati binasının tikintisi, Bakı şəhərinin Nəsimi, Xətai, Səbail rayonlarında çoxmərtəbəli çoxmənzilli yaşayış komplekslərinin inşasını və digər tikinti layihələri həyata keçirərək şəhərimizin daha da gözəl və müasir olması üçün öz töhfəsini verməkdədir.

Top