“BADAMDAĞ RESİDENCE” Yaşayış kompleksi harada yerləşir:
BADAMDAĞ Residence – 6 mərtəbəli “Premium boutique” tipli müasir yaşayış məkanıdır. Bina Bakı şəhərinin ekoloji bahımdan ən təmiz yeri sayılan Badamdar qəsəbəsinin mərkəzi olan Ə.Nəzərov küçəsi ev 26 ünvanında yerləşir və ilk andan insanları öz unikallığı ilə cəlb edir. Bir tərəfdən əlverişli nəqliyyat şəbəkəsi şəhərin bütün istiqamətlərinə yol tutan avtobuslarının son dayanacaq qovşağı. Digər tərəfdən əlverişli ticarət şəbəkəsi: gündəlik təzə ərzaq, meyvə və tərəvəzlərin alınması üçün müxtəlıf market, paltar, məişət texnikasının alınması, evinizin təmiri üçün tələb olunan bütün mal-materiallar prospekt boyunca xidmət göstərən yüzlərcə müxtəlif dükanlar. Bunlarla yanaşı binanın yaxınlığına uşaq baxçası, məktəb və tibb mərkəzləri, restoran və kafelər fəaliyyət göstərir.
“BADAMDAĞ RESİDENCE” Yaşayış kompleksi harada yerləşir:
Binada mühafizə sistemi müasir tələblərə uyğun olaraq qurulacaq: “24/7” prinsipinə əsasən canlı video müşahidə, xüsusi RFİD açarlarlı mərkəzləşdirilmiş video “Domofon” sistemi. “PREMİUM Boutique” tələbinə cavab verən mənzillərdə mərkəzləşdirilmiş yanğın həbərvericiləri də quraşdırılacaq, choxfunksiyalı İP əsaslı TV sistemi, yüksək sürətli optik kabelli internet və videozəngləri dəstəkləyən şəhər telefonu. Kompleksin ərazisində 15 yerli yer üstü və yanğına qarşı mərkəzləşdirilmiş “Splinker” sistemi ilə təchiz olunmuş yer altı avto dayanacaq nəzərdə tutulub. Eyni zamanda sakinlərin rahatlığı və komfortunu qorumaq üçün yaşayış kompleksində liftlər, su təchizatı nasosları, mərtəbələrin ümumi istifadədə olan yerləri ehtiyat enerjisi sisteminə qoşulacaq.
“BADAMDAĞ RESİDENCE” Yaşayış kompleksi harada yerləşir:
Bina ərazisində sakinlərin rahat və komfortlu yaşamaları üçün “PREMİUM Boutique” tipli müasir infrastruktur nəzərə alınıb. İtalyadan gətirilmış və xüsusi dizaynla düzülmüş mərmərlər sakinləri və qonaqları binanın holuna daxil olaraq ilk addımlarından valeh edəcək. Sakinlərin rahatlığı üçün iki ədəd sərnişin tipli “OTİS” markalı müasir liftlər quraşdırılacaq. Binada müasir standartlara cavad verən yüksək komfortlu və geniş 2 və 3 otağlı mənzillər layihələndirilib.
“BADAMDAĞ RESİDENCE” Yaşayış kompleksi harada yerləşir:
Mənzillərin daxili divarları ekoloji təmiz və insan səhətinə zərər gətirməyən əhəng tərkibli bloklarla hörülüb. Divarların suvağı isə mənzillərin daxilində sağlam mikroiqlimin formalaşmasına birbaşa təsir edən və divarların “nəfəs” almasını təmin edən, Avropa ölkələrində geniş istifadə olunan, ekoloji təmiz əhəng əsaslı xüsusi məhlulla suvanıb. Tikinti zamanı belə bir yanaşma müsbət ekoloji durumla bərabər sakinlər tərəfindən təmir zamanı çəkiləcək məsrəflərin azalmasına da yönəlib.
“BADAMDAĞ RESİDENCE” Yaşayış kompleksi harada yerləşir:
Kompleksin zahiri görünüşünə gəldikdə, binaların qeometrik formaları və rəng qamması məşur italyan dizayneri Luca Barzottinin iştirakı ilə yaradılıb və qəsəbədə yerləşən tikililərdən öz möhtəşəmliyi və fərdililiyi ilə seçiləcək. Dizaynerin tövsiyəsi ilə binaların eksteriyerində İtaliyada xüsusi sifariş edilmış keramoqranit piltələrdən istifadə olunacaq və asma fasad yığılacaq.
“BADAMDAĞ Residence” Binasında sakin olmağınız Sizin yaşam arzunuzu yüksək keyfiyyət standartlarına çatdıracaq!
