“AMBIANCE PARK RESIDENCE” Yaşayış kompleksi harada yerləşir:

AMBIANCE PARK RESIDENCE – “PREMİUM LUX” tipli müasir yaşayış və ticarət kompleksidir. Kompleks Bakı şəhərinin mərkəzi sayılan Fəzail Bayramov və Mexdi Mexdizadə küçələrinin kəsişməsində, metronun Xətai stansiyasının yaxınlığında yerləşir və ilk andan insanları öz unikallığı ilə cəlb edir. Bir tərəfdən əlverişli nəqliyyat şəbəkəsi: metro “Xətai” və “28 May” stansiyaları, Dəmir yolu vağzalı və şəhərin bütün istiqamətlərinə yol tutan yüksək komfortlu “Baku bus” avtobuslarının dayanacaq qovşağı. Digər tərəfdən əlverişli ticarət şəbəkəsi: gündəlik təzə ərzaq, meyvə və tərəvəzlərin alınması üçün “Bazar Store”, “Araz” market və onlarca digər dükanlar, paltar, məişət texnikasının alınması və eyni zamanda əyləncə üçün “28 Mall”, “Park Bulvar” və “port Baku” kimi müasir ticarət mərkəzləri, evinizin təmiri üçün tələb olunan bütün mal-materiallar Xətai prospekti boyunca xidmət göstərən yüzlərcə müxtəlif dükanlar. Bunlarla yanaşı kompleksin yaxınlığında uşaqların əyləncəsi üçün “MegaFun” əyləncə mərkəzi. Eyni zamanda bir necə uşaq baxçası, məktəb və tibb mərkəzləri, restoran və kafelər fəaliyyət göstərir.

“AMBIANCE PARK RESIDENCE” Yaşayış kompleksində təhlükəsizlik:

Kompleksdə mühafizə sistemi müasir tələblərə uyğun olaraq qurulacaq: “24/7” prinsipinə əsasən canlı video müşahidə, konsyerj xidməti, xüsusi RFİD açarlarlı mərkəzləşdirilmiş video “Domofon” sistemi. “PREMİUM LUX” tələbinə cavab verən mənzillərdə mərkəzləşdirilmiş yanğın həbərvericiləri də quraşdırılacaq, choxfunksiyalı İP əsaslı TV sistemi, yüksək sürətli optik kabelli internet və videozəngləri dəstəkləyən şəhər telefonu. Kompleksin ərazisində 110 yerli yer üstü və yanğına qarşı mərkəzləşdirilmiş “Splinker” sistemi ilə təchiz olunmuş yer altı avto dayanacaq nəzərdə tutulub. Eyni zamanda sakinlərin rahatlığı və komfortunu qorumaq üçün yaşayış kompleksində liftlər, su təchizatı nasosları, mərtəbələrin ümumi istifadədə olan yerləri ehtiyat enerjisi sisteminə qoşulacaq.

“AMBIANCE PARK RESIDENCE” Yaşayış kompleksinin üstünlükləri:

Yaşayış komleksinin ərazisində sakinlərin rahat və komfortlu yaşamaları üçün “PREMİUM LUX” tipli müasir infrastruktur nəzərə alınıb. Burada aptek, kafe, gündəlik tələbat malları dükanı, idman zalı, hovuz, istirahət zonası, restoran və kafe fəaliyyət göstərəcək. Balaca sakinlər üçün isə uşaq oyuncaq və idman meydancası nəzərdə tutulub. Kompleks bir-biri ilə daxili keçid vasitəsilə birləşmiş üç korpusdan ibarətdir. İtalyadan gətirilmış və xüsusi dizaynla düzülmüş mərmərlər sakinləri və qonaqları binanın holuna daxil olaraq ilk addımlarından valeh edəcək. Binanın holunda sakinlərə “Reseption-konsyerj” xidməti göstəriləcək. Hər korpusda sakinlərin rahatlığı üçün üç ədəd sərnişin və yük tipli “OTİS” markalı müasir liftlər quraşdırılacaq. Sakinlərin əlavə rahatlığı üçün binaya giriş həm prospekt həm də həyət tərəfdən nəzərdə tutulub. Kompleksdə müasir standartlara cavad verən yüksək komfortlu və geniş 1, 2, 3 və 4 otağlı mənzillər layihələndirilib.

“AMBIANCE PARK RESIDENCE” Yaşayış kompleksinin Ekoloji standartları:

Mənzillərin daxili divarları ekoloji təmiz və insan səhətinə zərər gətirməyən əhəng tərkibli bloklarla hörülüb. Divarların suvağı isə mənzillərin daxilində sağlam mikroiqlimin formalaşmasına birbaşa təsir edən və divarların “nəfəs” almasını təmin edən, Avropa ölkələrində geniş istifadə olunan, ekoloji təmiz əhəng əsaslı xüsusi məhlulla suvanıb. Tikinti zamanı belə bir yanaşma müsbət ekoloji durumla bərabər sakinlər tərəfindən təmir zamanı çəkiləcək məsrəflərin azalmasına da yönəlib.

“AMBIANCE PARK RESIDENCE” Yaşayış kompleksinin eksteryeri:

Kompleksin zahiri görünüşünə gəldikdə, binaların qeometrik formaları və rəng qamması məşur italyan dizayneri Luca Barzottinin iştirakı ilə yaradılıb və ərazıdə yerləşən tikililərdən öz möhtəşəmliyi və fərdililiyi ilə seçiləcək. Dizaynerin tövsiyəsi ilə binaların eksteriyerində İtaliyada xüsusi sifariş edilmış keramoqranit piltələrdən istifadə olunacaq və asma fasad yığılacaq. Xüsusi dizaynli məxəccərlər quraşdırılacaq.

“AMBIANCE PARK RESIDENCE” Yaşayış Kompleksində sakin olmağınız Sizin yaşam arzunuzu Səma yüksəkliyində keyfiyyət standartlarına çatdıracaq!

Mənzillərin planı

Top